
Bu gün Azərbaycan 1-ci Divizionunda 25-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma olub. Lider "Araz Naxçıvan" səfərdə MOİK-ə qalib gəlib. "Kəpəz-2" "Zaqatala"ya, "Turan Tovuz-2" isə "Qaradağ Lökbatan"a uduzub. "Mingəçevir" evdə "Qəbələ-2"ni üstələyib.
1-ci Divizion, 25-ci tur
17 aprel
MOİK - "Araz Naxçıvan" - 1:2
Qollar: Muxtar Nəzərli, 86 - Fərid Kərimzadə, 21, Xəyal Tomarov, 62
"Zaqatala" - "Kəpəz-2" - 2:0
Qollar: Cəlal Cəbrayılov, 20, Bəhruz Teymurov, 61 (pen.)
"Qaradağ Lökbatan" - "Turan Tovuz-2" - 3:0
Qollar: Ceyhun Muxtarlı, 2, Mehdi Həşimov, 28, Urfan İsmayılov, 55
"Mingəçevir" - "Qəbələ-2" - 1:0
Qol: Tural Məmmədzadə, 45+1