
Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Hələ 9-cu dəqiqədə İlkin Muradovun qolu ilə geri düşən "qırmızı-qaralar" 20-ci dəqiqədə Emil Martinovdan növbəti zərbəni alıb. Bununla belə, Rafael Utziq 34 və 66-cı, Felipe Santos isə 73-cü dəqiqədə fərqlənərək, "Qəbələ"nin qalibiyyətini təmin edib.
Azərbaycan Kuboku
1/2 final, ilk oyun
18 aprel
18:00. "Qəbələ" - "Səbail" 3:2
Qolllar: Rafael Utziq, 34; 66. Felipe Santos, 73 - İlkin Muradov, 9. Emil Martinov, 20
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 24-də olacaq. Digər yarımfinal cütündə isə "Turan Tovuz" və "Neftçi" komandaları üz-üzə gələcək.