"Krasnodar"ın futbolçusu Kadi Borqes Rusiya Premyer Liqasının 24-cü turunda hazırda "Spartak"la keçirilən oyunda ciddi xəsarət alıb.
Sportnet.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu top uğrunda mübarizədə rəqib oyunçusu Georgi Cikia ilə toqquşub. Bundan sonra braziliyalı oyunçu yerə yıxılaraq huşunu itirib. Ona ilk tibbi yardımı da Cikia edib. O, Borgesin dilini çıxararaq nəfər almasına kömək edib.
Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb.