
İngiltərə Premyer Liqasında XXXIII turun mərkəzi görüşü "Mançester Siti" və "Arsenal" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 7-ci dəqiqədə Kevin de Bröyne açıb. 45+1-ci dəqiqədə Con Stounz fərqi artırıb. 54-cü dəqiqədə de Bröyne özünün ikinci, komandasının üçüncü tolunu vurub. 86-cı dəqiqədə Rpb Holdinq qonaqların təsəlli qoluna imza atsa da, 90+5-ci dəqiqədə Erlinq Holann yekun nəticəni müəyyənləşdirib.
Bununla da xalını 73-ə çatdıran "Mançester Siti" sona 7 tur qalmış lider "Arsenal"la xal fərqini 2-yə endirib.