"Fənərbaxça" ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, hücumçu Enner Valensiya sıradan çıxıb.
O, Superliqanın 32-ci turunun "Sivasspor"la matçının ilk hissəsində rəqib qapıçı ilə toqquşub və yerdə qalıb.
Valensiya meydanı təcili tibbi yardımla tərk edib. Ekvadorlu hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Valensiya Superliqada 27 qolla bombardirdir.