
Misli Premyer Liqasının 32-ci turunda bu gün daha 2 oyun keçirilib.
Sportnet.az xəbər verir ki, "Zirə" "Turan Tovuz"u qəbul edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə isə "Qəbələ" "Səbail"i məğlub etdiyi (4:2) üçün 4-cü yer uğrunda mübarizədə əyalət təmsilçisi ilə "Zirə" arasındakı fərq 6-ya yüksəlib. "Qəbələ"nin 48, "Zirə"nin isə 42 xalı var.
Qeyd edək ki, turun "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-dan mayın 2-nə təxirə salınıb.
1 may (bazar ertəsi)
20:00. “Zirə” – “Turan Tovuz” 1:3
Qol: Şəhriyar Əliyev, 3 (0:1), Natan Oduva, 57 (0:2), Roderik Miller, 60 (0:3), Loris Broqno, 86
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
17:30. “Qəbələ” – “Səbail” 4:2
Qol: Ramon, 21. Stasyuk, 37. A.Allax, 49. R.Maçado, 90+4. - R.Hacıyev, 69. M.Abbasov, 84.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu