
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məktubu müvafiq olaraq, FIFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzalayıb. Onlar futbolçunun ailəsinə, AFFA-ya, "Qarabağ"a, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına başsağlığı veriblər.