
"Neftçi" komandası "Şamaxı" ilə Misli Premyer Liqasının XXXIV tur oyununa iki futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun həkimi Şaiq Zöhrablı "Neftçi TV"yə açıqlama verib. O bildirib ki, yarımmüdafiəçi Azər Əliyev və hücumçu Vato Arveladze zədəli olduqları üçün bugünkü oyunu buraxacaqlar.
"Əliyev boyun fəqərəsindəki protruziya ilə əlaqədar müalicəsini davam etdirir. Arveladze isə son məşqdə bud əzələsini dartıb. Bu gündən onun müalicəsinə başlanılıb. Başqa zədəli oyunçumuz yoxdur".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şamaxı" oyunu saat 20:30-da başlanacaq.