İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Region Liqasının “Xəzər Lənkəran 42” – “Marxal” (Şəki) oyununda “Xəzər Lənkəran 42” komandasının azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələrin işlədilməsi və oyun bitdikdən sonra meydana kənar əşyaların atılması nəticəsində rəsmi şəxsə xəsarət yetirildiyinə görə “Xəzər Lənkəran 42” klubunun növbəti ev oyunu azarkeşsiz keçiriləcək.
U-17 Liqasının “Neftçi” PFK – “Kəpəz” PFK oyununun 39-cu dəqiqəsində “Neftçi”nin baş məqşçisi Elşən Məmmədov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.
U-11 Liqasının “Xəzər Bakı” FK – “Baku Sporting” oyunu “Xəzər Bakı” komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Xəzər Bakı” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Yüksək Liqanın pley-off mərhələsində keçirilən “Baku Fire” - “Neftçi” İK İB oyununda “Baku Fire” komandasının qapıçısı Kamran Hacıyevin oyunun 39-cu dəqiqəsində təcavüzkar davranış (rəqibi bilərəkdən başla zərbə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Gömrükçü” (Bakı) oyununda “Dinamo”nun məşqçisi İsmayıl Mahmudov “Gömrükçü” komandasının məşqçisini təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.