"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında "İnter"ə qarşı keçirəcəkləri matçdan danışıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis qalib gəlmək üçün bütün güclərini ortaya qoyacaqlarını deyib:
“Siti"də olduğum müddətdə anladım ki, böyük oyunlardan əvvəl həyəcanlanmaq bizim üçün yaxşı deyil. İstanbula arzumuzu reallaşdırmaq üçün gedəcəyik. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq. İki il əvvəl bunu etmək şansımız var idi, keçən il finala çox yaxın idik. İndi biz yenidən buradayıq və bütün gücümüzü verəcəyik".
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.