“Çelsi” Gürcüstan millisinin qapıçısı Gergi Mamaradaşvili ilə müqavilə bağlaya bilər.
Sportnet.az xəbər verir ki, London klubu Menyanın qiyməti yüksək olduğundan onu transfer edə bilmir.
“Zadəganlar” ilk növbədə “İnter”in qolkiperi Andre Onana ilə anlaşmağa çalışacaqlar. Lakin İtaliya klubu ona görə 58 milyon avro istəyir.
Əgər kamerunlu çərçivə qoruyucusunun keçidi alınmasa, Mamaradaşvili variantı ön plana keçəcək.
“Valsensiya”nın qapıçısı ötən mövsüm La Liqada 38 oyun keçirib.