"Arsenal"ın sabiq futbolçusu Benik Afobenin evi qarət olunub.
Sportnet.az xəbər verir ki, hadisə ötən gün olub. Hazırda "Hatta"da çıxış edən oyunçu öz sosial şəbəkə hesablarında paylaşım edərək məlumat yayyıb. O, evdə çalışan təmizlikçi qadının 400 min funt sterlinq dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq qaçdığını bildirib.
Qeyd edək ki, Benik 2010-2015-ci iillərdə "Arsenal"da oynayıb.