“Roma”nın hücumçusu Ola Solbakken karyerasını Almaniyada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, 24 yaşlı futbolçuyla “Hoffenhaym” maraqlanır. Romalılar norveçlini 6-7 milyon avroya satmağa hazırdır.
Xatırladaq ki, Solbakken bu ilin yanvarında “Roma”ya azad agent kimi gəlmişdi. O, “canavarlar”ın formasıyla 14 oyun keçirib, 1 qol və 2 assist edib.