“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Sportnet.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı oteldə məskunlaşan komanda bu gün axşam məşqinə çıxıb.
Fitnes zalında fiziki təmrinlər yerinə yetirildikdən sonra hazırlıq “Smena” stadionunun meydançasında davam etdirilib.
Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV Kuboku”nda iştirak edəcək "Neftçi" turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.