
"Yuventus" sıralarrına yeni oyunçu cəlb edib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi "Lill"dən Timoti Veanı alıb. 23 yaşlı hücumçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Keçid "Yuventus"a 10,3 milyon avroya başa gəlib. Bu məbləğ 2 il ərzində ödəniləcək. Mümkün bonus ödənişlərinin məbləği 2,1 milyon avrodur.