"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev açıqlama verib.
43 yaşlı mütəxəssis israilli hücumçu Osama Xalailanın Bakıya gəldiyini və onunla 1+1 illik müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, son klubu İsrail "Makkabi"si (Təl-Əviv) olan 25 yaşlı forvard ötən mövsüm UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə oyunlarında Təl-Əviv təmsilçisinin heyətində olub.