
"Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədovun köməkçiləri məlum olub.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Məmmədovun məşqçilər korpusunda Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçı məşqçi) və İlkin Verdiyev (analitik məşqçi) yer alıb.
Qeyd edək ki, "Kəpəz" Azər Məmmədovla iyun ayında 1+1 illik müqavilə bağlayıb.