
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin yüksək liqasında çıxış edən “Al-Sadd” klubu ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Görüş Kematen stadionunda keçirilib.
Qeyd edək ki, "Sabah"ın yoxlama oyunu keçirəcəyi digər rəqiblər hələlik bəlli deyil.
9 iyul
19:00. "Sabah" - "Al-Sadd" - 3:1
Qollar: Namik Ələskərov, 4 (1:0), Con İrasabal, 30 (2:0) * 62 (2:1), Emmanuel Apeh, 63 (3:1)