“Qarabağ”ın prezidenti Tahir Gözel Cəbəllütariqdə komandanın düşərgəsini ziyarət edib.
Sportnet.az xəbər verir ki, klub prezidenti baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandaya yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb. Tahir Gözel hər zaman "Qarabağ"a inandığını bildirib və “Linkoln” ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin qarşılaşmalarırda komandaya uğurlar diləyib.
Başqan səfər görüşündə komandanın yanında olacağını sözlərinə əlavə edib.