Fransa millisinin sabiq üzvü Matye Valbuena "Olimpiakos"dan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Valbuena 2019-cu ildən "Olimpiakos"da çıxış edirdi. O, ötən mövsüm 29 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.