
AFFA İntizam Komitəsinin (İK) İntizam Məcəlləsində dəyişikliklər edilib.
Sportnet.az xəbər verir ki, bu barədə İK-nin sədri Erkin Hüseynov açıqlama verib.
Onun sözlərinə görə, İntizam Məcəlləsi 2023/2024 mövsümü üçün tam hazırdır: "Çap variantı yaxın günlərdə işıq üzü görəcək. Məcəllədə bir çox sanksiya və cəza dəyişdirilib. Klublar yeni versiya ilə AFFA-nın "Nəşrlər" və "Hüquqi normativ sənədlər" bölməsindən yaxından tanış ola bilərlər. Bu, olduqca vacibdir".
E.Hüseynov bildirib ki, 2023/2024 futbol mövsümü 107 maddədən ibarət məcəllə ilə tənzimlənəcək.