
“Brayton”futbolçusu Luis Dankla yeni müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, tərəflər yeni 3 illik yeni sözləşməyə imza atıblar.
Komandanın kapitanı olan Luis Dank “Brayton”un yetirməsidir. 31 yaşlı futbolçu bu komandada indiyə qədər 416 oyunda iştirak edib və 27 qol vurub.