Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda maraqlı olay baş verib.
Sportnet.az-ın məlumatına görə, ilk yarının final fiti səsləndirildikdən sonra Azərbaycan təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev qapı arxasındakı azyaşlı azarkeşlərə yaxınlaşıb.
O, topu həmin fanatlardan birinə uzadıb. Təcrübəli qolkiperin bu davranışı tribunadakı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Onlar "Şahruddin", "Şahruddin" şüarları səsləndiriblər.
Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb- 0:0.