
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”la səfər matçında zədələnmiş "Neftçi"nin futbolçusu Ervin Koffi tibbi müayinədən keçib.
Sportnet.az xəbər verir ki, bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.
Qeyd edək ki, Kot-d'İvuardan olan müdafiəçi "Jelezniçar"la matçın 72-ci dəqiqəsində zədələnərək əvəzlənib. Bosniya və Herseqovina klubu ilə cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.