
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Stefan Akanı heyətinə qatıb. 32 yaşlı müdafiəçiylə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitat Krayova 1948”, “Unversitat Krayova”, Türkiyənin “Erzurumspor”, İsrailin “İroni Kiryat Şimona”, “Sektzia Ness Ziona” klublarının şərəfini qoruyub.
Klub bu gün P.Zeblinin transferini də açıqlayıb.
Xatırladaq ki, daha əvvəl "Zirə" Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renato, Fuad Bayramov,Tiaqo Silva və Pyer Zeblini heyətinə qatıb.