Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Dinamo”nun (Xorvatiya) Çempionlar Liqasının III təsnifat mərhələsində Yunanıstan klubu AEK ilə ilk oyunu təxirə salınıb.
Sportnet.az xəbər verir ki, buna səbəb iki komanda azarkeşləri arasında baş vermiş iğtişaşdır.
Yunanıstanda baş vermiş bu hadisə meydan sahiblərinin bir azarkeşinin ölümünə səbəb olub. Nəticədə UEFA qarşılaşmanın bu gün keçirilməməsini qərara alıb.
Həmçinin, komandalar arasında hər iki oyun azarkeşsiz baş tutacaq.