Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə Yunanıstan AEK-i ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 19-da Yunanıstdanda keçiriləcək.
Xatırladaq ki, lik görüş avqustun 8-də Yunanıstanda olmalı idi. Lakin matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb. Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib.
Təxirə salınmış ilk oyun
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - AEK (Yunanıstan) - 1:2
Qollar: Bulat, 39 - Zuber, 59, Qalanopulos, 90
"Maksimir stadionu"