"Sabah" bu gün Konfrans Liqasının 3-cü "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub.
Qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
30-cu dəqiqədə Mateus Saldanya, 57-ci dəqiqədə Bibras Natxo fərqlənib.
Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq "Partizan"ı azlıqda qoyub. Əlavə vaxt qolsuz yekunlaşdığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Serbiya klubu pley-offa yüksəlib.
Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.
17 avqust
23:00. "Partizan" (Serbiya) - "Sabah" (Azərbaycan) - 2:0 (penaltilərlə - 5:4)
Qollar: Mateus Saldanya, 30. Bibras Natxo, 58
Baş hakim: Bartoş Frankovski (Polşa)
İlk oyun - 0:2
"Partizan" stadionu