Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına üz tutub.
Sportnet.az xəbər verir ki, "Sevilya"nın qapıçısı Yassin Bunu karyerasını bu ölkədə davam etdirəcək.
Mərakeşli qolkiper "Əl Hilal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ərəblər 32 yaşlı "əlcək sahibi" üçün İspaniya klubuna 21 milyon avro təzminat ödəyib. Təcrübəli qapıçı yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Yassin Bunu 2019-cu ilin sentyabr ayından etibarən "Sevilya"da çıxış edirdi.