
Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda oyuna çıxıb
Sportnet.az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb. M.Qurbanlı sözügedən görüş üçün start heyətdə yer alıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.