
Türkiyənin "Beşiktaş" klubu futbolçusu Fransisko Monteronu icarəyə verib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı müdafiəçini Portuqaliyaya göndərib. İspan arxa xətt oyunçusu "Arouka"ya icarəyə verilib.
İspaniya U-21 millisinin sabiq üzvü 2023/2024 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Fransisko Monteronu 2020-ci ilin yayında "Atletiko"dan transfer edib. O, son mövsümü icarə əsasında "Hamburq"da keçirib.