"Mançester Siti"nin futbolçusu Erlinq Haaland Peşəkar Futbolçular Assosiasiyası tərəfindən 2022/23 mövsümü üçün Premyer Liqada ilin oyunçusu seçilib.
Sportnet.az xəbər verir ki, 23 yaşlı hücumçu səsvermədə Kevin de Bruyne ("Mançester Siti"), Harri Keyn ("Tottenhem", bu yay "Bavariya"ya keçdi), Martin Odiqaard, Bukayo Saka (hər ikisi "Arsenal") və Markus Reşfordu ("Mançester Yunayted") geridə qoyub.
Bukayo Saka isə ən yaxşı gənc oyunçu mükafatını alıb.
Qeyd edək ki, 2022/23 mövsümündə Haaland "Mançester Siti"nin heyətində 35 Premyer Liqa oyununda 36 qol vurub və 8 qolun ötürməsini verib.