
"Qəbələ" heyətinə yeni futbolçu qatıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Qırımızı-qaralar" son klubu “Adanaspor” olan Samuel Tettehi transfer ediblər. 27 yaşlı qanalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarında oynayıb.
Qananın U-20 yığmasında da çıxış etmiş hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.
Xatırladaq ki, "Qəbələ" bu yay Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya və Rəşad Əzizlini də transfer edib.