Türkiyənin Düzcə vilayətinin valisi Səlcuk Aslan polis əməkdaşı Ramazan Şahini mükafatlandırıb.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Şahin Avro-2024-ün ötən həftə keçirilən Türkiyə - Ermənistan matçından əvvəl Azərbaycan bayrağına yüksək ehtiram nümayiş etdirib. O, matçdan əvvəl yoxlanış zamanı bir azarkeşin əlindəki bayrağı alaraq səliqə ilə qatlamış, öpmüş, sonra isə xanım həmkarına vermişdi. Qadın polis də bayrağı bir neçə dəfə öpdükdən sonra bir kənara qoymuşdu. Bu addım insanlar tərəfindən təqdir edilmiş, polislərin isə alqışını qazanmışdı.
Həmin hadisədən sonra Düzcə vilayətinin valisi Səlcuk Aslan polis əməkdaşı Ramazan Şahini qəbul edib. O, R.Şahini fəxri fərmanla mükafatlandırıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası UEFA-nın təlimatına əsasən, Ermənistanla oyuna üçüncü ölkənin (Azərbaycanın) bayrağının buraxılmaması barədə qərar verib. Buna baxmayaraq, bəzi azarkeşlər tribunaya Azərbaycan bayrağını keçirə bilib.