Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədələnib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı forvard Avro-2024-ün seçmə mərhələsində Avstriya ilə Bakıda keçirilən görüşdə sıradan çıxıb.
Rəqib futbolçu Dadaşova qarşı kobud oynayıb. O, meydanın kənarında tibbi müdaxilədən sonra matça qoşulsa da, bir neçə dəqiqədən sonra oyunu davam etdirə bilməyib.
Görüşün 83-cü dəqiqəsində Musa Qurbanlı Renat Dadaşovun əvəzinə meydana çıxıb.