
Tofiq Bəhrəmov adına Respublika stadionunun tanınmış diktoru Ramiz Qafarov vəfat edib.
Sportnet.az xəbər verir ki, o, Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman infarkt keçirib.
Diktora, Voleybol Mərkəzində müdaxilə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.