
"Qəbələ"nin futbolçusu Emil Səfərov sıradan çıxıb.
Sportnet.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ayaq biləyinin oynaq bağları zədələnib. O, qarşıdakı həftədə bərpa prosesi keçəcək.
Qapıçı Kristof Atanqana sağalıb və komandaya qoşulub. Ötən oyunda zədə səbəbindən meydana çıxmayan Ahmed Ayzaya qarşıdakı matçda iştirak edəcək.
Qeyd edək ki, “Qəbələ” bu gün Misli Premyer Liqasının 11-ci turunda "Sumqayıt"ın qonağı olacaq. Görüşü saat 16:00-da başlayacaq.