İsveç çempionatında 29-cu turun oyunları baş tutub. Sportnet.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Hekken" bu turda qalib gəlib. Onlar "Malmö"yə 4:2 hesabı ilə qalib gəlib. "Hekken" 57 xalla 3-cü pillədədir. "Qarabağ" "Hekken"lə dekabrın 14-də Bakıda üz-üzə gələcək.