
Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində 7 oyun baş tutub.
Sportnet.az xəbər verir ki, günün ən maraqlı qarşılaşmaları E qrupunda keçirilib.
Final məhələsinə yüksəlmək şansı olan 4 komanda bir-biri ilə qarşılaşıb. Moldovadan heç-heçə ilə dönən Albaniya qrupda ilk iki yerdən birini tutmaq vəzifəsinin öhdəsindən gəlib. Son oyununu keçirən Polşa yığması mütləq qələbə qazanmalı olsa da, polyaklar Çexiyanın müqavimətini qıra bilməyiblər. Son turda baş tutacaq Çexiya - Moldova görüşündə ikinci vəsiqənin sahibi məlum olacaq.
Şimali Makedoniyanı məğlub edən İtaliya C qrupunda ikinci pilləyə yüksəlib. Son oyunda Ukrayna ilə qarşılaşacaq italiyalıları bir xal da qane edəcək. Komandalar eyni xala malik olsalar da, əlavə göstəricilərinə görə üstünlük İtaliyanın tərəfindədir.
Danimarka yığması Almaniyada keçiriləcək Avropa çempionatında çıxış etmək hüququ qazanıb. Komanda öz meydanında Sloveniyaya qalib gəlib. Hesabına üç xal yazan Qazaxıstan da turnirə yollanmaq şansını saxlayır. Qazaxları son turda Sloveniya səfəri zamanı yalnız qələbə qane edəcək.
Qeyd edək ki, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Danimarka və Albaniya 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ev sahibi kimi bu hüquqa yiyələnib.
AVRO-2024-ün seçmə mərhələsi
IX tur
17 noyabr
C qrupu
23:45. İngiltərə - Malta - 2:0
Qollar: Pepe, 8 (öz qapısına). Keyn, 75
23:45. İtaliya – Şimali Makedoniya - 5:2
Qollar: Darmian, 17. Kyeza, 41; 45+4. Raspadori, 81. El Şaaravi, 90+4 - Atanasov, 52; 74
Xal durumu: İngiltərə - 19 (7), İtaliya – 13 (7), Ukrayna – 13 (7), Şimali Makedoniya – 7 (7), Malta - 0 (8) xal
E qrupu
21:00. Moldova – Albaniya - 1:1
Qollar: Baboqlo, 87 - Çikalleşi, 25 (pen.)
23:45. Polşa – Çexiya - 1:1
Qollar: Pyotrovski, 38 - Souçek, 49
Xal durumu: Albaniya – 14 (7), Çexiya – 12 (7), Polşa – 11 (8), Moldova – 10 (7), Farer adaları - 1 (8) xal
H qrupu
19:00. Qazaxıstan - San Marino - 3:1
Qollar: Çesnokov, 19; 51. Aymbetov, 90+2 - Frankiosi, 60
21:00. Finlandiya - Şimali İrlandiya - 4:0
Qollar: Pohyanpalo, 42. Hakans, 48. Pukku, 74. Lod, 88
23:45. Danimarka – Sloveniya - 2:1
Qollar: Maehle, 26. Delani, 54 - Yanza, 31
Xal durumu: Danimarka – 22 (9), Sloveniya – 19 (9), Qazaxıstan – 18 (9), Finlandiya – 15 (9), Şimali İrlandiya – 6 (9), San Marino - 0 (9) xal