Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.
Sportnet.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Araz-Naxçıvan" "İrəvan"ın qonağı olub. Matçda 10 qol vurulub. Naxçıvan təmsilçisi 8:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Digər oyunda isə "İmişli" "Qəbələ"ni qəbul edib. Gərgin keçən görüşdə "Qaəbələ" 90+3-cü dəqiqə qolu ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. "Qəbələ" 1/4 finalda "Araz-Naxçıvan"la qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final bir oyundan ibarətdir.
19 dekabr
16:00. "İmişli" - "Qəbələ" - 0:1
Qol: Mehrac Baxşalı, 90+3
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu
13:00. "İrəvan" - "Araz-Naxçıvan" - 2:8
Qol: Vüsal Qənbərov, 16 (1:0), Aleksey Nqando, 24 (1:1), Orxan Əliyev, 24 (1:2), Vüsal Əsgərov, 37 (2:2), Aksel Nqando, 43 (2:3), 45+4-pen. (2:4), Orxan Əliyev, 51 (2:5), Miço Kuzmanoviç, 73 (2:6), Elvis Maşike, 80 (2:7), 83 (2:8)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
"ASK Arena"