
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşıb. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olub.
"Qarabağ" 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.
1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edib və 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
21 dekabr
18:00. “Neftçi” – “Qaradağ Lökbatan” - 4:0
Qollar:Aaron Olanare, 23, Murad Qayalı, 74-avtoqol, Yeqor Boqomolski, 76, Şinyaşiki, 80
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
14:00. “Qarabağ” – MOİK - 1:0
Qol: Nəriman Axundzadə, 90+5
Xankəndi şəhər stadionu
"Neftçi Arena"