
"Bavariya"nın baş məşqçisi Tomas Tuhel komandasının Bundesliqanın 27-ci turunda Dortmund "Borussiya"sına məğlubiyyətindən (0:2) sonra açıqlama verib.
Sportnet.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, turnirdə çempionluq yarışının başa çatdığını bildirib: "Bayer"i təbrik edirəm. Çempionluq uğrunda yarış başa çatdı".
Xatırladaq ki, “Bayer” Almaniya çempionu olmaq üçün 7 oyunda cəmi 3 qələbə qazanmalıdır.
"Bavariya" 2023/2024 mövsümündə Bundesliqanın turnir cədvəlində 60 xalla 2-ci yerdədir. Komanda lider "Bayer"dən 13 xal geridə qalır.