"Oyunda favorit bizik. Çünki ötən il də Avropa Liqasının qalibi olduq". Sportnet.az-ın məlumatına görə, bu sözləri İspaniyanın "Sevilya" klubunun hücumçusu Kevin Qameyro "Dnepr"lə oyunöncəsi deyib.
28 yaşlı fransalı futbolçu bu axşam oynanılacaq Avropa Liqasının final görüşü ilə bağlı UEFA-nın rəsmi saytına bunları deyib: "Dnepr" yaxşı komandadır. Belə olmasa finala qədər irəliləyə bilməzdilər. Digər oyunlarda olduğu kimi, bu oyunda da yüksək səviyyəli performans göstərməliyik. Mən də maksimum şəkildə komandamın uğuru üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, "Dnepr" - "Sevilya" matçı bu axşam Bakı vaxtı ilə 23:45-də start götürəcək.