1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Venancio Lopez: "Azərbaycanla maraqlı oyun alındı”
"Maraqlı oyun alındı. Taktiki baxımdan hər iki komanda düzgün oynadı". Sportnet.az-ın AFFA-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu fikirləri İspaniya futzal millisinin baş məşqçisi Venancio Lopez Azərbaycanla matçdan sonra bildirib.
Futzal üzrə millimiz bu gün dünya çempionatının final mərhələsində ikinci oyununu keçirib. Komandamız Kolumbiyanın Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində İspaniya yığması ilə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olub.
Lopezin sözlərinə görə, belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdır: "Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.