Martın 21-dən Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışında futbol üzrə Azərbaycan millisinin yoxlama görüşündəki rəqibi Qazaxıstan yığmasının baş məşqçisinin adına bu ayın sonunda aydınlıq gələcək. Sportnet.az-ın məlumatına görə, dekabrın 28-dən yerli federasiyanın başlatdığı səsverməyə dünən yekun vurulub.
18 gün ərzində azarkeşlər milli komandada yerli, yoxsa əcnəbi mütəxəssisin olmasına qərar veriblər. 1755 nəfər əcnəbi, 845 nəfər isə milli komandanın başında yerli mütəxəssis görmək istəyib.
Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan millisi martın 27-dək Antalyada toplanışda olacaq. Ayın 26-da Azərbaycan və Qazaxıstan milliləri yoxlama görüşü keçirəcəklər.