
"Kəpəz”lə matça uğurlu nəticə üçün çıxmışdıq. Amma sonda məğlub olduq. Təbii ki, məğlubiyyət üzücüdü hər zaman. Qarşıdakı görüşlərdən uğurlu nəticə ilə ayrılmağa çalışacağıq”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Zirə”nin hücumçusu Amadu Sanqar deyib.
Fransalı forvard "Kəpəz”lə matç rəqib komandanın kapitanı Tural Axundovla arasında baş verən insidentlə bağlı danışıb: "Həmin epizd haqda nə deyim? Vurmaq? Xeyr, "Kəpəz”in kapitanı məni vurmamışdı. Sadəcə oyunun gedişində insan bir az əsəbi olur. Yəni orada heç nə yox idi”.