Sportnet.az xəbər verir ki, bu barədə Kapranova sosial şəbəkə hesabında paylaşım edib.

 

38 yaşlı keçmiş gimnast öz istəyilə federasiyadakı işindən ayrıldığını və yeni fürsətləri səbirsizliklə gözlədiyini açıqlayıb.

 

Qeyd edək ki, Olqa Kapranova gimnastika federasiyalarının birləşdirilməsindən sonra 2024-cü il oktyabrın 1-dən RGF-nin vitse-prezidenti vəzifəsində çalışıb.

 

O, Rusiyanın əməkdar idman ustası, bədii gimnastika üzrə on qat dünya çempionu və dördqat Avropa çempionudur. Daha əvvəl İrina Viner bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçi postunu tərk edib.