
İyunun 13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda "AGF Trophy" mükafatı da sahibini tapacaq.
Hələlik 7 ölkənin - Azərbaycan, Almaniya, Hindistan, Qazaxıstan, Çin, Ukrayna və Özbəkistan gimnastlarının iştirakı təsdiqlənib.
Açılış mərasimi 13 iyun saat 15:00-da olacaq.
Kişi və qadın akrobatlar qrup və cütlük, eləcə də qarışıq cütlük formasında balans və temp hərəkətlərini icra edəcəklər.
Finallar və mükafatlandırma mərasimi iyunun 15-də gerçəkləşəcək.