
Portuqaliyanın paytaxtı Lissabonda “5th World Gym for Life Challenge”i keçirilib.
Sportnet.az xəbər verir ki, bu festivalda 33 ölkədən 3700-dən çox gimnast iştirak edib.
Azərbaycanı bu yarışda "Gimnastika hamı üçün" növü üzrə təmsil edən milli komanda uğurlu çıxışı ilə fərqlənib.
Müxtəlif yaş və bacarıq səviyyəsinə malik üzvlərdən ibarət olan “Flame” komandası kreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu ilə münsiflərin diqqətini cəlb edib və yarışmanın ikinci yerinə layiq görülüb.