1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Durundaya durmaq olmaz! - LAYİHƏ
2016-cı il Rio De Janeyro yay Olimpiya Oyunlarının startına 96 gün qalır. Hər keçən gün də ayrı-ayrı növlər üzrə yüzlərlə iştirakçının kimliyinə aydınlıq gəlir. Bir çox növlərdə isə bütün iştirakçılar tam müəyyənləşib. Bunlardan biri də bədii gimnastikadır.
Ötən ilin sentyabrında keçirilən dünya çempionatında çöxnövçülükdə 6-cı yeri tutan 18 yaşlı Marina Durunda ölkəmizə bu növdə yeganə lisenziyanı qazandırıb.
Azərbaycan bədii gimnastları olimpiadada
Bədii gimnastika 2004-cü il Afina Yay Olimpiya Oyunlarından sonra Azərbaycanın olimpiadalarda stabil təmsil olunduğu növlərdəndir. İlk təmsilçi isə Anna Qurbanova olub. 18 yaşlı gimnast Ellada paytaxtında toplam nəticədə 14-cü yeri tutub.
Növbəti - Pekin olimpiadasına Azərbaycan gimnastları daha geniş heyətlə qatılıb. Fərdi yarışlarda Aliyə Qarayeva və Dinara Gimatova, qrup hərəkətləri üzrə Anna Bitiyeva, Dina Qorina, Vəfa Hüseynova, Anastasiya Prasolova, Alina Tryopina, Valeriya Yegay mübarizə aparıb. Geridə qalan tsikl ərzində yığmanın beynəlxalq yarışlarda ən məhsuldarı olan Qarayeva iplərlə üçüncü, çoxnövçülükdə yeddinci, Gimatova isə yalnız lentlə ilk beşliyə düşməklə çoxnövçülükdə 15-ci nəticəni göstərib. Qrup hərəkətləri üzrə yığma isə iki hərəkətin cəmində 7-ci olub.
Londona qədərki təsnifat mərhələsini yalnız Aliyə Qarayeva uğurla tamamlayıb. Buna qədər Yay Universiadasının gümüş, müxtəlif hərəkətlər və çoxnövçülükdə dünya, Avropa çempionatlarının bürünc medalını qazanan 24 yaşlı təmsilçimiz 24 gimnast arasında medallara 5 əsas namizəd sırasında olub. O, rusiyalı Yevgeniya Kanayeva və Darya Dmitriyeva, bolqarıstanlı Silviya Miteva və Belarus təmsilçisi Lyubov Çarkaşına ilə birgə favoritlər sırasında yer alıb.
Gözlənilən medal gəlməsə də, Aliyənin çıxışı kifayət qədər uğurlu alınıb. Ayrı-ayrı hərəkətlərdə ilk üçlüyə düşən Qarayeva çoxnövçülükdə Yay Universiadasında qabaqladığı Belarus gimnastından 0.125 bal geri qalmaqla 4-cü olub.
Bəs Marina Durunda kimdir?
Marina Sergeyevna Durunda Ukrayna əsilli Azərbaycan bədii gimnastıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra keçirilmiş ölkə çempionatlarının hamısında qalıb olub. Geridə qalan tsikldə təşkil olunan bütün dünya çempionatlarında iştirak edib. Yığma adına ən yüksən nəticəsi "Bakı 2015" I Avropa Oyunları ilə bağlıdır. Lentlə hərəkətlərdə ikinci yeri tutaraq bu növdə ölkəmizə yeganə medalı qazandırıb. Ötən il həmçinin Avropa çempionatında da sözügedən hərəkətin yekununda 3-cü olub.
Ondan nə gözləmək olar?
Bu və bəhs etdiyimiz dünya çempionatlarındakı iştirakına baxdıqda, gimnastımızın hər il ciddi irəliləyişə nail olduğu görünür. İlk mundialda o, komanda yoldaşı Lalə Yusifovadan belə geri qalmaqla 17-ci olmuşdusa, İzmir və son Ştutqart turnirində çoxnövçülükdə 6-cı pilləni tutub.
Olimpiadadakı rəqiblərinə gəldikdə, digər olimpiya növlərində olduğu kimi, şübhəsiz ki, əsas favoritlər son dünya çempionatının qalib və mükafatçılarıdır. Bu baxımdan, tsiklın bütün mundiallarının qalibi Yana Kudryavtseva "qızıl"a əsas namizəddir. İzmir və Ştutqartda yalnız həmvətənini önə buraxan Marqarita Mamun, eləcə də son iki sözügedən mundial və Avropa Oyunlarında qonşu ölkə təmsilçilərindən geri qalmaqla üçüncü olan Berarus gimnastı Melitina Stanyuta və Ukrayna təmsili Qanna Rizatdinova medallara iddialıdır. Lakin Ştutqart mundialının nəticələrinə baxdıqda, adıçəkilən ilk iki idmançı istisna olmaqla, digərlərinin göstəricilərinin bir-birindən ciddi fərqlənmədiyi görünür. Məsələn, Durunda son dünya çempionatında üçüncü olan Staniotadan ümumi nəticədə yalnız 0.773 bal geri qalıb ki, bu da olimpiada üçün ümidverici haldır.
Sahib ƏSƏDBƏYLİ
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir.